“Tamaşaçının gözəl görüntü görməyə haqqı var” – FOTO/VİDEO

1-03-2019, 10:32
A+
A-

Ötən gün müğənni Damla yeni “Çamadan” adlı mahnısına olan klipini təqdim edib.

Magazinews.Az xəbər verir ki, qələm əhlini bir araya yığan müğənni yeni işi barədə məlumat verib.

Təqdimat sonrası Magazinews.Az-ın suallarını cavablandıran sənətçi təqdim etdiyi klipindən ürək dolusu danışıb:

“Mahnını və klipi çox bəyəndiyim üçün təqdim etdim. Artıq 80.000 baxış sayını keçdik. Klip İstanbulda çəkilib. Türkiyəli rejissor İrem Aykırın komandası ilə çalışdıq. Bu komanda Türkiyənin ən məşhur simaları birgə çalışır. Azərbaycan tamaşaçısının gözəl görüntü görməyə, keyfiyyətli musiqi dinləməyə haqqı olduğunu düşünürəm. Klipin maliyyəsi ilə bağlı heç vaxt danışmıram. Texniki vasitələr baxımından türk rejissora müraciət etdim. İstədim ki, tamaşaçılarımız keyfiyyətli görüntü izləsin. Geyimlərimi də türk stilisti Selin seçib. Klip çəkdirmək konsert vermək müğənninin işidir. Qazanc məqsədilə bunu etmirəm. Efirdə heç vaxt toy mahnıları oxumamışam. Mahnılarımın adını həmişə belə fərqli seçməyi sevirəm. Mahnının sözləri diqqət çəkməlidir. Eyni adla, dəfələrlə işlənmiş mahnılar var. Mahnının söz müəllifi Elçin Məhərrəmov, musiqisi Cəsur Abdurrahmən, aranjımanı isə İlkin Həsənə məxsusdur. Azərbaycan izləyicilərinə daha yaxşı iş təqdim etmək üçün belə bir addım atdıq. Böyük həvəslə İstanbula gedib klipi çəkib geri döndük. Nə rejissora, nə aranjmançıya, nə də operatora qarışmaram. Bunlar mənim sahəm deyil. Mahnı seçimimdə kiməsə qulaq asmıram. Bu öz seçimim olmalıdır, çünki mənim sahəmdir. Hər xanımın tükəndiyi zamanlar olur. Qurtulmağı sanki çamadanı götürüb getməkdə görür, amma beyin-qəlb səninlə bərabər gedir”.

Mahnının söz müəllifi Elçin Məhərrəmov Damla ilə işbirliyindən danışıb:
“Bir-birmizlə çalışmaqdan ilham alırıq. Hər mahnı öncəsi Damla ilə oturub bir-iki saat söhbət edirik. Bir neçə gün studiyaya gəlib-gedir. Sonda nəticə də gözəl olur”.

Qeyd edək ki, təqdim etdiyi kliplə Damla ardıcıl ikinci dəfə türkiyəli rejissora müraciət etməli olub.

Tural Hüseyn
Foto/Video: Sübhan İsmayılov