“Başqasına çəkdirdiyini yaşamadan bu dünyadan getməzsən” – VİDEO

1-03-2019, 12:01
A+
A-

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Damla yeni “Çamadan” adlı mahnısına olan klipini təqdim edib.

Təqdimat sonrası sənətçi son günlər sosial medianın gündəm mövzusuna çevrilən, Damla olduğu iddia edilən saxta intim video barədə məsələyə son nöqtəni də Magazinews.Az kamerası vasitəsilə qoydu:

“Allah ucaltdığını, Allah endirə bilər. Özü açdığı yolu, yalnızca özü bağlaya bilər. Mənə bu qisməti tanrı verib. Uğurlardan qıcıqlanıb uydurmalara əl atmaqdansa, mənim gördüyüm işlərdən daha yaxşısını etmək lazımdı. Bu iyrənc oyunlarla özlərini aldadacaqlar. Onsuzda haqq-ədalət öz yerini tapdı. Məni bataqlığa atdıqlarını zənn etdilər. Xalqın sevgisi, sənət dostlarımın dəstəyi yenə onları məğlub etdi. Bunu ucuz, keyfiyyətsiz insanlar edə bilər. Ətrafımda belə insanlar yoxdur. Kənardan kimsə edibsə, Allaha həvalə edirəm. Belə ucuz məsələrin ardınca getmək sənət yaradıcılığımı dondurmaq deməkdir. Mənə aid olmayan məsələnin nəyini araşdırım? Bu məsələdən çox danışmaq istəmirəm. Kim sevinirsə, həyat bumeranqdır. Başqasına çəkdirdiyini yaşamadan bu dünyadan getməzsən. Kim nə danışırsa, danışsın”.

Tural Hüseyn
Video: Sübhan İsmayılov