“Hamı Rəşid Behbudov ola bilməz” – Kərim - VIDEO

11-03-2019, 00:07
A+
A-

Müğənni Kərim Abasov bayağı mahnı ifaçılarının müdafiəsinə qalxıb.

Magazinews.Az-a müsahibə verən sənətçi maraqlı açıqlamalar edib.

O, gündəmdən düşməyən müğənnilərin kəskin tənqid edilməsi ilə razılaşmayıb:

“Onları milyonlar sevir. İstər London, istər hara getsən. İstanbulda, Nişantaşından keçəndə, yüksək səslə mənim özümkünün səsi gəlir o maşından. Mənim o zaman konservatoriya yadıma düşmür. Ay filankəs qara gündə oxuyur, o, ara mahnıları oxuyur. Siz onları vura-vura daha da qaldırırsınız. Sonra da bir yerdə eyni səhnəyə çıxırsınız. Olmaz elə şeylər. Hamı Şövkət Ələkbərova, Rəşid Behbudov ola bilməz. Qurtarın daha. O, belə sözə mahnı oxudu. Oxuyub, sevilib. Siz yığışıb onları vurmaqla, daha da qaldırısınız. Siz ondansa, susun. Onlar necə çıxıblarsa, elə də batsınlar”. 

Video müsahibəni təqdim edirik:

Tural Hüseyn
Video: Sübhan İsmayılov