Aleyna Tilki Bakıda –FOTO+VİDEO

24-03-2019, 12:23
A+
A-

Türkiyənin gənc pop ulduzu Aleyna Tilki Bakıya gəlib.

Magazinews.Az xəbər verir ki, məşhurun paytaxtımıza gəlmə səbəbi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə, Qoşa qala meydanında keçirilən ənənəvi “Bahar qalası” festivalı çərçivəsində açıq hava konsert proqramı ilə çıxış etməsi olub.

Səhnədə “Sən olsan bari”, “Cevapsız çınlama”, “Dipsiz kuyum” kimi hitlərini səsləndirən Tilki konsert izləyicilərinin coşqusunu daha da artırıb.

O, həmkarı Gülşənin repertuarından “Bangır, bangır” mahnısını da ifa edib. 

Pop ulduzun konsert zamanı cəsarətli geyimi və rəqsləri diqqət çəkib.

Qeyd edək ki, “Yetenek Sizsiniz Türkiye” yarışmasında ulduzu parlayan Aleyna Tilki 2016-ci ildə “Cevapsız çınlama” mahnısı ilə geniş kütlənin sevgisini qazanmağa nail olub. Sözügedən mahnının klipi artıq Youtube portalında 435 milyondan çox baxış sayı yığıb.

2017-ci ildə isə “Sən olsan bari” mahnısı ilə “Music Top TR” siyahısında ilin ən çox dinlənilən hiti olaraq 1-ci yeri qazanıb.

O, ötən il “Altın Kelebek” ödüllərində ilin ən uğurlu müğənnisi nominasiyası üzrə təltif olunub.

Tural Hüseyn