“İstanbulda gözəllik mərkəzim, üç evim var” – Ayan + VIDEO

25-03-2019, 10:30
A+
A-

Atv tele-kanalında yayımlanan “Atv Maqazin Onlarla” proqramının “33 sual” rubrikasının növbəti qonağı müğənni Ayan Babakişiyeva olub.

Magazinews.Az xəbər verir ki, Ayanın aparıcı Ruslan Ağayevin küsülü həmkarları ilə bağlı sualına cavabı belə olub:

“Mən Natəvanla küsməmişəm. Sadəcə olaraq münasibətim yoxdu. Son zamanlar qadın müğənniləri vurmaq kompaniyasına başlayıblar. Dırnaqarası kişilər öz kişiliklərini, mənliklərini qadın müğənnilərlə adlarının hallanmasında təsdiqləyirlər. Lazımsız videolar paylaşılır. Fikirləşmirlər ki, müğənninin də ailəsi var. Aysel Əlizadə ilə neçə ildi danışmırıq. Küsülü olmaq mənə də, Ayselə də yaraşmaz. Münasibətimiz yox idi. Ayselin şəkili efirdən düşmür. Ailə dağılırsa, dağılacaq. El yığılsa, ona kömək edə bilməz. Kişi xanımını həkimlə, müəllimə ilə aldada bilər. Burada Ayselin heç bir günahı yoxdur. O demək deyil ki, Aysel o insanla görüşüb. Söhbət başqa müğənnidən də gedə bilər. Mən haqsızlığa dözə bilmərəm. Sabah çıxıb deyəcəklər ki, ikiniz də birsiniz. Elə indi də deyirlər”. 

Ulduz şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar edib:

“Bu həyatda ağıllı qadınlar axmaqlara qismət olur. Mən də olmuşam. 5 il bundan öncə, sevgim nifrətə dönüşdü. Xoşbəxt ailə tablosu məndə tamdır. Heç kimə ehtiyacım yoxdur. İstanbulda gözəllik mərkəzim və eksportla (xarici ticarət) məşğulam. Üç avtomobilim var. İkisi İstanbulda, biri isə Bakıdadır. Burada evim yoxdur. Gəncədə bir, İstanbulda üç evim var. Bakıda oteldə qalıram. Alış-verişə çox pul xərcləyirəm. Son zamanlar çanta və saata çox pul verirəm. Ən bahalı saatım 20.000 dollardır”.
 
Babakişiyeva həmkarlarının mənfi cəhətlərini deməkdən də çəkinməyib:

“Tünzalə Ağayeva çox danışır. Həm oxuyur, həm də çox şərh verir. Elza Seyidcahan yaxşı bəstəkardır. Ancaq onu müğənni kimi qəbul edə bilmirəm. Brilyant xanım Aygün Kazımovanı çox istədiyimə görə, məni istəmir. Ancaq mən onun sənətinin vurğunuyam”. Mənə elə gəlir elə taxt yoxdu ki, o taxt boş qalsın. İlhamə Quliyevanın yeri başqa idi, amma taxt deyildi”. 

Tural Hüseyn