"Aysun İsmayılova ilk klipini təqdim etdi."

5-07-2018, 18:30
A+
A-
Aysun İsmayılova ilk klipini təqdim etdi.
Magazinews.az xəbər verir ki, gənc müğənni Aysun İsmayılova yeni mahnısına ilk klipini media nümayəndələrini ətrafına toplayaraq təqdim edib. Klipdə müğənninin tərəf müqavili qismində xalası oğlu aktyor Tunar Səfərov çəkilib. Önəmli günündə Aysunu müğənnilər Səbinə Əskərova, Əhməd Mustafayev, Əbdül Xalid, rəqqasə Renka və başqaları onu yalnız buraxmadılar. Təqdimatın yadda qalan məqamlarından biri də müğənninin anası Rəqsanə İsmayılovanın skype vasitəsilə video bağlantı edərək qızını təbrik etməsi oldu. Rəqsanənin və qızının kövrəlib ağlaması diqqətdən qaçmadı. Bundan başqa R. İsmayılova sentyabr ayında konsert verəcəyini də açıqladı. Qeyd edək ki, mahnının sözləri Taleh Tənhaya, musiqisi Dj Roshkaya, aranjmanı Rüstəm Qurbanov və Dj Roskaya aiddir. Ekran işinin rejissorluğu də Dj Roshkaya həvalə olunub.

[media=https://youtu.be/5PREFlT23_Y]