Anar Ağakişiyev: “Nigar Camalda zövqün "Z"-sı yoxdu” - VIDEO

6-05-2019, 12:26
A+
A-

Atv Maqazin Onlarla verilişinin “Onlarla 3 dəqiqə” rubrikasının  növbəti qonağı tanınmış stilist Anar Ağakişiyev olub.

Magazinews.Az  xəbər verir ki, aparıcı Ruslan Ağayevin suallarını cavablandıran stilist açıqlamaları ilə diqqət çəkib.

O, zövqlə bağlı sualı cavablandırarkən, Nigarı  zövqsüz adlandırıb. Anar Xalq artisti Brilliant Dadaşovanı da zövqsüzlər karvanına əlavə edib:

“Brilliant xanım sənətkardır. Ancaq toy məclisindəki qonaqlardan heç cür fərqlənmir. Qonaqların arasında daha zövqlüləri var ki, onların yerlərini dəyişmək lazımdır.  Nigar Camal Elektra Hall səhnəsində 40 ilin paltarında çıxış etmişdi. O zaman münasibətimiz vardı. İstəsə, kömək edərəm, dedim. Çox dəbsiz halda idi. Məcbursan ki, gözəl görünəsən.  Mənə görə, o xanımda zövqün “z” hərfini görmürəm. Bəlkə də tamaşaçı belə geyinməz.  Parıltılı corablardan təzəlikcə çıxıb. Güllü paltarlar nə vaxtdan zövq olub bilmirəm”.  

O, Nigar Camalla barışması üçün şərt qoyub:

“Məncə , barışıq əlini o, uzatmalıdı. Söz-söhbəti Nigar başladı. Bütün intriqaları üzərimə yıxmaq istədi. Nə vaxt barışıq əlini uzatsa, o zaman barışarıq”. 

Ağakişiyev  “№1 kimdir sualını” cavablandırarkən,  Damlanı bu pilləyə layiq görməkdən çəkinməyib:

“Nömrə-1 sırasında Damladır. İnstagramda paylaşımda gördüm ki, sevənləri az qala ağlayaraq onu cırmağlasınlar. Bu danılmaz faktdır. Mən bunu öncəsində Aygündə, Röyada görmüşdüm”. 


Tural Hüseyn