“Səhnədə eyni anda iki əsrin fərqli Nisə Qasımovası” - VIDEO

8-05-2019, 13:06
A+
A-

Xalq artisti Nisə Qasımova daha bir ilkə imza atmağa hazırlaşır.

Magazinews.Az-ın məlumatına görə, müğənni iyunun 8-də Heydər Əliyev Sarayında “İmza:MƏN” adlı solo konsert proqramı ilə çıxış edəcək.

Sözügedən o hadisə də, məhz bu gecədə təqdim olunacaq.

“Bu ilk nədən ibarətdir” sualına gəlincə isə mətbuat xidmətindən saytımıza verilən məlumata görə, tamaşaçılar səhnədə eyni anda XX və XXI əsrin vəhdətini görəcəklər:

“Hələlik bu barədə ətraflı danışmaq istəmirik. Çünki bu, Nisə xanımın sevənlərinə hazırladığı sürprizdir. Amma qısa olaraq onu deyim ki, səhnədə eyni anda iki əsrin fərqli Nisə Qasımovası görünəcək. “Bu necə baş verəcək” sualına gəlincə isə cavabını 8 iyunda biləcəyik”.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.