“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım” - VIDEO

10-06-2019, 14:18
A+
A-

Müğənni Aysel Əlizadə “ATV maqazin onlarla” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib. Sənətçi “Onlarla 3 dəqiqə” rubrikasının 33 sualına cavab verib. 

Aysel aylar əvvəl adının iş adamı Elçin Nəcəfovla hallanmasına münasibət bildirib. O, “kiminsə sevgilisini əlindən almısan?” sualına belə cavab verib:

“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Onlar hələ mənim sevgilimi əlimdən almasınlar... Kiminsə sevgilisini əlindən almaq həyatı boyu mümkün olan bir şey deyil. Bu, məncə aciz qızlara aiddir. Bilib-bilmədən danışırlar, bu, insanı incidir. Tanınmayan bir şəxs haqqında xəbər çıxanda belə insanlar ağızlarına gələni yazırlar. Həqiqət deyilən bir şey var. Mənim haqqımda pis nələrsə danışılırsa, günahlarımdan yuyurlar. Mənə pislik edəni Allaha borclandırıram. Maşınım isə özümündür, 7 ildir ki, sürürəm. Heç kəs mənə avtomobil hədiyyə etməyib”. 

Xatırladaq ki, Elçin Nəcəfov adlı iş adamının xanımı Turanə Nəcəfova “Səni axtarıram” proqramında 13 illik ailəsinin Ayselə görə dağıldığını iddia etmişdi.  Müğənni isə bunun böhtan olduğunu bildirmişdi.

///Qafqazinfo