"Aysel Space Tv-dən getdi"

12-07-2018, 17:00
A+
A-
Aysel Nazim iş yerindən ayrılıb.

Magazinews.az xəbər verir ki, tanınmış tele-aparıcı və aktrisa Aysel Nazim çalışdığı Space telekanalı ilə yollarını ayırıb. O, yeni mövsümdə digər telekanalda, yeni lahiyyə ilə tamaşaçıların görüşünə gələcək.
Aparıcı sosial şəbəkə hesabından kollektivi ilə şəkillərini paylaşaraq Space Tv-dən ayrıldığını bildirib: "İnsanın özü kimi düşünən, həvəsli, çalışqan, xəyal quran bir ekiplə birlikdə çalışması həqiqətən böyük bir şansdır. Mənimlə birlikdə gecəsini gündüzünə qatan eziz dostlarıma təşəkkürlərim var. Çox sağ olun dostlar, var olun, yolunuz açıq olsun. Bizimlə kimlər çalışdı, kimlər gəldi, kimlər getdi, amma yenə də onlar da sağ olsun. Kokteylə bir-iki dad qatdılar. Kokteyl komandası olaraq gözəl bir işə imza atdıq. Ekran başında bizi izləyən ve sevən tamaşaçılarımıza təşəkkür edirik ! Gözəl bir kollektiv ilə çalışdım. Bütün çalışanları xoş xatirələrlə yad edəcəm. Gözəl dostluqlar qazandım. Rəhbərlikdən tutmuş şoferinə qədər hər kəsdən sayğı və sevgi gördüm. Çox təşəkkür edirəm... Həyat görüşməkdən və ayrılmaqdan ibarətdir. Space ailəsindən bugün ayrıldım...Nə yaxşı ki, yolum Space-dən keçdi. Hər iş yeri bir məktəbdir, öyrənənə, öyrənmək istəyənə.. Space məktəbini də keçmiş oldum. Haqqınızı halal edin SpaceTv ailəsi."
Xatırladaq ki, Aysel Nazim “Space” Tv-də "Hava proqnozu", "Kokteyl Aysel ilə" və  “İdman hamı üçün“ programlarında aparıcılıq edirdi.