Gülnarənin “Çayxana”da 1,5 milyonluq üzüyü oğurlandı

17-07-2019, 16:50
A+
A-

“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova Rusiyada oğurluq hadisəsi ilə üzləşib.

O, nişan üzüyünün oğurlanması ilə bağlı polisə müraciət edib. Bu barədə “Moskva” şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

“İyulun 15-də polisə 29 yaşlı G. Alimuradova müraciət edərək Moskvadakı “Çayxana №1” restoranında üzüyünün oğurlandığını bildirib. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, tualetdə 1,5 milyon rubl dəyərində üzüyünü yaddan çıxararaq qoyub, geri qayıdanda isə onu yerində tapmayıb”, -deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Gülnarə Əlimuradova 2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində qalib olub. Belə ki, münsiflər heyətinin 12 üzvündən 7-si onu dəstəkləyib. O, Bülbül adına Musiqi Məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb.

///Qafqazinfo