“Maskarad” adlanan "Maşın şou" start götürdü

2-10-2019, 11:01
A+
A-

“Maşın” realiti-şousunun növbəti - 18-ci sürəti start götürüb. 
 
Magazinews.Az xəbər verir ki, “M Group Production” ın ərsəyə gətirdiyi layihə 18 iştirakçı ilə hər gecə tamaşaçıların görüşünə gələcək.

“Opel INSIGNIA” avtomobili uğrunda mübarizə aparacaq olan "Maskarad"ın iştirakçıları isə bunlardır: meyxanaçı Aqşin Fateh, müğənnilər Ayan Babakişiyeva, Kərim Abbasov, Xalq artisti Bilal Əliyev, Türkan Vəlizadə, Nazim Pişyari, Fuad Musayev, Aysun İsmayılova, Niyam Səlami, Ramal  İsrafilov, aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, aşıq Namiq Fərhadoğlu, reper Qurd (Fərid Eminov), aktrisa Zümrüd Qasımova, aktyorlar Xalq artisti Fatma Mahmudova və Məcid Hüseynov.

Qeyd edək ki, tele-məkanın ən reytinqli şousu hər axşam, saat 22:00-da Atv tele-kanalında yayımlanacaq.