İki məşhur "Maşın şou"nu tərk etdi

5-10-2019, 10:04
A+
A-

Bir gecədə iki iştirakçı "Maşın şou"nu tərk edib.

Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov və Xalq artisti Bilal Əliyev məşhur şoudan kənarlaşdırılıb. Reper oyunun qaydalarını pozduğu üçün yarışdan uzaqlaşdırılsa da, Bilal Əliyev öz istəyi ilə şounu tərk edib.

Maraqlıdır ki, SMS səsverməsinə çıxan aktrisa Fatma Mahmudova 64,73 faizlə qalib gəlsə də, oyundan heç kimi çıxartmayıb.

///Publika.az