“Şoudan 2 nəfər getdi”

6-10-2019, 10:30
A+
A-

“Maşın şou”nun 18-ci sürətinin daha bir buraxılışı geridə qalıb.

Magazinews.Az xəbər verir ki, bu dəfə səsverməyə çıxardılan müğənni Niyam Səlami olub. Şou ərzində iştirakçılar arasında söz atışmaları olub. Gərginliklə keçən şouda hədəfini gizlədən müğənni, daha sonra Nazim Faytonçunu uzaqlaşdıracağını açıqlayıb. 

Lakin Səlaminin açıqlamasından qane olmayan meyxanaçı Aqşin Fateh bunun oyun olduğunu, hədəfin məhz özü olacağını bildirərək, Niyamın getməsinə səs istəyib. Meyxanaçı ilə söz savaşına çıxan müğənni Nazim Pişyari əlini maşından çəkib.
 
Səsvermənin sonunda Niyam Salami 54,18 faiz səs toplayıb və meyxanaçı Aqşin Fatehi yarışmadan uzaqlaşdırıb. 

Qeyd edək ki, şouda mübarizəni aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirir.