"Maşın" "Aşıq"sız qaldı

8-10-2019, 10:32
A+
A-

“Maşın realiti şou”da daha bir iştirakçı mübarizəni dayandırmalı olub.

Magazinews.Az xəbər verir ki, bu dəfə ən çox şəkli atılan isim aktyor Məcid Hüseynov olub. Tribunaya çıxaraq qalması üçün səs istəyən aktyor sona qədər hədəfini açıqlamaqdan boyun qaçırıb.

Canlı yayım zamanı Namiq Fərhadoğlu aktyordan hədəfini açıqlamasını və qarşı tərəfin səs istəmə hüququnun olmasını dilə gətirib.

Səsvermədən 56,67 % səs faizi ilə qalib ayrılan Məcid Hüseynov şounun yeganə aşıq iştirakçısı olan Namiq Fərhadoğlunu kənarlaşdırıb.

Qeyd edək ki, hazırda "maşın" uğrunda mübarizəni müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktyorlar Xalq artisti Fatma Mahmudova, Zümrüd Qasımova, Məcid Hüseynov, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu davam etdirir.