Aysun istəyinə çatmadı - VİDEO

9-10-2019, 10:04
A+
A-


Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maskarad" adlı “Maşın realiti şou”da həyəcan davam edir.

Magazinews.Az xəbər verir ki, səsvermə nəticəsi əsasında ən çox şəkli çıxan iştirakçı müğənni Aysun İsmayılova olub. Tamaşaçılarından şouda qalması üçün səs istəyən Aysun hədəfinin adını açıqlamaqdan boyun qaçırıb.

Şounun gedişatında Məcid Hüseynovu çıxaracağını bildirən ifaçı 44,96 səs yığaraq şounu özü tərk etməli olub.

Xatırladaq ki, maşın uğrunda mübarizəni müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aktyorlar Xalq artisti Fatma Mahmudova, Zümrüd Qasımova, Məcid Hüseynov, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu davam etdirir.