Məcid "maşın"dan getdi

10-10-2019, 10:09
A+
A-


"Maskarad" adlı “Maşın realiti şou”da mübarizə tam sürətilə davam edir.

Magazinews.Az xəbər verir ki, növbəti SMS səsverməsində tribunaya çıxan müğənni Ramal İsrafilov olub.

Sənətçi 82,27% səs çoxluğu ilə yarışda qalmağı bacarıb. Onun mübarizədən kənarlaşdırdığı iştirakçı isə aktyor Məcid Hüseynov olub.

Xatırladaq ki, maşın uğrunda mübarizəni müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aktyorlar Xalq artisti Fatma Mahmudova, Zümrüd Qasımova, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu davam etdirir.