Fatma Mahmudova üçün "maşın" əldən getdi

11-10-2019, 09:47
A+
A-

Tele-məkanın ən baxımlı şousu olan "Maşın realti şou"nun növbəti canlı efiri olub.

Magazinews.Az xəbər verir ki, bu dəfə səsverməyə müğənni Niyam Salami çıxıb. İkinci dəfə çıxan tribunaya çıxan iştirakçı tamaşaçılardan mübarizəni davam etdirməsi üçün səs istəyib. Lakin canlı efir zamanı Xalq artisti Fatma Mahmudova gözlənilmədən "maşın"dan əlini çəkib. 

Sonda 69,36% səs yığan Niyam Salami yarışmadan heç kimi kənarlaşdırmayıb.

Xatırladaq ki, maşın uğrunda mübarizəni müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu davam etdirir.