"Maşın"da yuxusuz gecələr başladı

16-10-2019, 10:21
A+
A-


M-GROUP Productionun ərsəyə gətirdiyi “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsinə start verilib.

Magazinews.Az xəbər verir ki, yarışmanın finalçıları Xalq artisti Murad Dadaşov tərəfindən studiyaya dəvət edilib.

Xatırladaq ki, finalda 50 minlik "maşın" uğrunda mübarizə aparacaq iştirakçılar aparıcılar Lalə Mustafayeva, Suna Qasımoğlu və müğənni Ramal İsrafilovdur. Şouda artıq səsverməyə stop deyilib. İştirakçılar yalnız öz dözüm və iradələrinə görə avtomobilə sahib ola biləcəklər.

Qaydalara görə, iştirakçılar iki saatdan bir əllərini dəyişə biləcəklər. Əlin istənilən şəkildə tərpədilməsi qəti qadağandır. Namizədlər istədikləri qədər yemək və su ilə təmin ediləcəklər. Finalın ilk günü iştirakçılar təbii ehtiyaclarını ödəmək üçün "maşın"dan əlini götürə biləcək. Daha sonra bu icazə də olmayacaq. Bütün bunlar şounun aparıcısı Murad Dadaşov tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.