“M Group Production” Qarabağ qazilərinə avtobus hədiyyə etdi

19-10-2019, 22:10
A+
A-

“Maşın” şounun 18-ci sürətinin final günü canlı yayımda böyük bir hadisə yaşanıb.

Belə ki, “M Group Production” Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasına 30 nəfərlik böyük bir nəqliyyat vasitəsi – avtobus hədiyyə edib.

Şounun aparıcısı Murad Dadaşov “Maşın”ın 16-cı sürətinin qalibi olan Roza Zərgərlinin avtomobildən imtina etdiyini xatırladaraq deyib:

“Roza Zərgərli maşını qazandı, lakin ondan imtina etdi və “MGP”ə həvalə etdi. Lakin futbol komandası 3-5 nəfər deyil ki, bir avtomobilə sığsın. Ona görə də mən həmin o avtomobili bizə təqdim edən şirkətlə danışdım və həmin şirkət bizə bu avtomobilin əvəzinə onun dəyərini ödəməyə razı oldu. Həmin o vəsaiti də götürüb “MGP” şirkətinin adından çatışmayan məbləği də əlavə edib bir avtobus aldıq. 
Bu andan etibarən Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının öz nəqliyyat vasitəsi- öz avtobusu var”.

Bu sözlərdən sonra Murad Dadaşov avtobusun açarlarını Federasiyanın rəhbərliyinə təqdim edib.

Sözügedən video-görüntünü təqdim edirik: