“Altın kelebek”də ulduzlarımızın səsverməsi başladı - FOTO/VİDEO

21-10-2019, 17:31
A+
A-

Türkiyənin “Oskar”ı sayılan sayca 46-cı “Altın Kelebek” mükafatlarının azərbaycanlı namizədlərinin səsverməsinə start verilib.

Ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar. 
Geniş auditoriyaya təqdim edilən siyahıda olan on məşhur namizəd isə bunlardır: Əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova.

Xatırladaq ki, noyabrın 16-da “Altın kelebek”in siması məşhur aktrisa Ebru Şahin paytaxt Bakının qonağı olacaq. Təşkil olunacaq möhtəşəm gecədə ulduz namizədlərin adı açıqlanacaq. Ötən ildən fərqli olaraq, namizədlərin iştirakı ilə konsert proqramı keçirilməyəcək.
Qeyd edək ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə “Altın kelebek”i Əməkdar artist Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.

///Oxu.az