Nuri Sərinləndiricinin iki günlük konserti baş tutdu - FOTOLAR

28-10-2019, 11:21
A+
A-

Nuri Sərinləndiricin ölkənin əsas konsert səhnəsində iki günlük konsert proqramı keçirilib.

“Göz.ləyirəm” adlanan konsert proqramında səhnəni Jane-lə bölüşən Nuri Sərinləndirici ilk olaraq, izləyicilərini salamlayıb.

Magazinews.Az xəbər verir ki, Heydər Əliyev adına sarayda keçirilən gecədə tamaşaçılarının qarşısına çıxan sənətçilər sevilən mahnıları ilə onlara unudulmaz anlar yaşadıblar.

Bundan əlavə, gecəyə fiziki qüsurlu insanlar da dəvət edilərək, onlara sevincli anlar bəxş edilib.

Qeyd edək ki, konsertin aparıcılığı Nəsib Nura həvalə edilmişdi.

Konsert proqramından olan fotoları təqdim edirik:

Fotolar: Ramin Qurbanov