“Qış nağılı” Yeni il komediyasının ilk hissəsinin təqdimatı oldu – FOTO/VIDEO

2-12-2019, 14:30
A+
A-

Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”

Xəbər verdiyimiz kimi, Cinemazadeh studiyasının ərsəyə gətirdiyi "Qış nağılı" filminin ilk hissəsinin təqdimatı keçirilib.

Magazinews. az xəbər verir ki, Heydər Əliyev Sarayında qala gecədə filmin aktyorları, aparıcılar məşhur incəsənət və media nümayəndələri iştirak ediblər. Çox sayda məşhur sima, musiqili Santa Klauslar və Yeni il yolkası, rəqqaslar və aktyorların paradı, sirk ustaları və işıq şousu, qırmızı xalça – Bakıda hələ belə qala gecə olmamışdı. 

Nümayiş öncəsi ekran işini ərsəyə gətirən filmin yaradıcı heyəti qırmızı xalıya dəvət olunublar. Onlar jurnalistlərin suallarını cavablandırıblar. 

“2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir. Komediya filmində Türkiyəli məşhur aktyor və mügənni Xəlil Sezai, aktrisa Müge Boz çəkilib. Onlar hekayədə yeni il gecəsində oteldə keçiriləcək olan şou-proqram üçün gəliblər.

Filmin mövzusuna gəlincə isə neçə ildir nişanlana bilməyən və  yeni il günü nişan etmək qərarına gələn cütlüyün hekayəsi gülüşlə dolu anlarla zəngin olur. Ekran işi yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir. 

Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb. Ekran işində hekayənin əsas qəhrəmanlarını - yerli aktyorlardan Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvələdqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov və Nofəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov canlandırıb. Müğənnilərdən isə Samirə Əfəndi, Dilarə Kazımova filmdə rol alanlar sırasındadır.

İzləyicilər filmin abu-havasından özlərini həqiqətən də nağıldakı kimi hiss etdiklərini gizlətmirdilər, filmin komik səhnələrində həvəslə gülüb sonda yaradıcı heyəti durmadan alqışlayırdılar. Qala gecəsi boyu ulduzlarla selfilər və şəkillər çəkdirirdilər. Bir sözlə əsl “Qış nağılı” yaşanırdı. 

“Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir – “Qış nağılı: Biri vardı, biri yox” və “Qış nağılı: Göydən üç alma düşdü”. 

Qeyd edək ki, filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadədir. Ssenarisi isə Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadəyə aiddir. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir. Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur. 

Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

Filmin çəkilişi “Qafqaz Hotel & Resort” və “My Brands” şirkətlər qrupu tərəfindən dəstəklənib.

Tədbirin təşkil edilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Cinema Distribution”, “Cinemazadeh”, “Light in Black” kreativ şirkəti , “Harmony Music Band” kaver grupu, “Bolshoy Prazdnik” və “AzeriExpress” kuryer şirkəti dəstək göstəriblər.

Media dəstək isə Azad Azərbaycan Telaradio Yayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.


Tural Hüseyn  
Fotolar:Ramin qurbanov
Magazinews.Az