Cem Adrian Bakıda konsert verəcək

14-02-2020, 14:15
A+
A-

Türkiyənin tanınmış müğənnisi Cem Adrian Bakıda konsert proqramı ilə çıxış edəcək.

Magazinews.Az xəbər verir ki, "EVENT OFFİCE"-in təşkilatı dəstəyi ilə sənətçi bir ildən sonra yenidən Bakıda Azərbaycanlı pərəstişkarlarının qarşısına çıxacaq.
 
Keçən il 2000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan Cem, 10 ildir ki sadəcə çoxrəngli səsi ilə deyil, çoxrəngli musiqisi ilə şərhçi, bəstəkar və söz yazarı olaraq, musiqinin bir çox müxtəlif sahələrində çox fərqli əsərlərə imza atan Cem Adrian 28 Mart 2020-ci il tarixində, 20:30-da Elektra Events Hall-da Azərbaycanlı sevərlərinə unudulmaz saatlar yaşadacaq.
 
Son olaraq Çukur serialındaki "Kum Gibi" mahnısı ilə milyonları özünə heyran edən, musiqidə sərhədləri, tərzləri, qaydalar kənarında özünü sadəcə "Azad musiqiçi" olaraq təyin edən Cem Adrianın bu möhtəşəm konsertini qaçırtmayın.

Qeyd edək ki, konsertin biletləri 35-175 AZN aralığında dəyişir. Konsert sonrası isə "after party" keçiriləcək.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Məlumat üçün: +994 99 333 83 68