Müğənni Zamiq Hüseynovdan daha bir nümunəvi addım - VIDEO

20-03-2020, 16:37
A+
A-

Müğənni Zamiq Hüseynov daha bir nümunəvi addımı ilə xalqımızı sevindirib.

İfaçı "İnstaqram" səhifəsində canlı yayım vasitəsilə izləyiciləri üçün mini konsert proqramı təşkil edib.

"ZH Studio"da musiqiçilərinin müşayiəti ilə baş tutan gecədə Zamiq sevilən mahnılarını ard-arda canlı səsləndirib. Pop ulduz həmkarları sırasında ilk olaraq reallaşdırdığı bu jesti ilə izləyicilərini heyran edib. Hüseynov musiqili günlərin ənənəvi olacağını da bildirərək, həmkarlarını "challenge" ə çağırıb.

Qeyd edək ki, sənətçi bu layihəni koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə motivasiya xarakteri ilə həyata keçirir.