Röyadan evlə qal paylaşımı - VİDEO

6-04-2020, 14:08
A+
A-

Heydər Əliyev Fondu Azərbaycanda davam edən xüsusi karantin rejimində yaşlı vətəndaşlara dəstək üçün “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” adlı sosial layihə həyata keçirir.

Magazinews.Az xəbər verir ki, layihədə əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışlar edilir. Bu işdə tanınmış simalar da yer alırlar.

Növbəti dəfə Xalq artisti Röya Ayxan sənətçi Nahidə xanımın virtual qonağı olub, ona öz hədiyyəsini verib. Müğənni Nahidə xanımın xahişi ilə “Yaz ayları” mahnısını canlı olaraq səsləndirib.

Qeyd edək ki, buna qədər layihədə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov və Natiq Şirinov iştirak ediblər.