Ozan Güvən 13 il həbs oluna bilər

18-07-2020, 13:00
A+
A-

“Muhteşem Yüzyıl” serialı ilə məşhurlaşan türkiyəli aktyor Ozan Güvəni 3 ildən 13,5 ilədək həbs cəzası gözləyir.

Bu barədə “Sabah” xəbər verib.

Nəşrin məlumatına görə, aktyorun sevgilisi Dəniz Buludsuz Güvən tərəfindən zorakılığa məruz qalması, həmçinin şəxsi azadlığının məhdudlaşdırılması və qəsdən bədən xəsarəti yetirilməsi səbəbindən prokurorluğa şikayət edib.

İstanbulun Baş prokuroru onun müraciətini birinci instansiya məhkəməsinə göndərib. İttiham aktı baxılması üçün qəbul olunub, iş üzrə ilk dinləməni yanvarın 21-nə təyin ediblər.


///Qafqazinfo