Emrah boşanır

21-07-2020, 16:03
A+
A-

Müğənni Emrah həyat yoldaşı Sibel Erdoğandan boşanır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı 6 illik xanımından boşanmaq üçün məhkəməyə müraciət edib. Bodrum Ailə Məhkəməsinə ərizə verən Emrah Sibel Erdoğana hər hansı tələb irəli sürməyib.

Qeyd edək ki, 2014-cü ildə ailə quran Emrahla Sibelin münasibətləri bu ilin yanvarından pozulub. Cütlüyün Elyesa adlı oğlu, Eleysa adlı qızı var.