"Ana, Əsgər Gedirəm" - Əhməd Mustafayev - VİDEO

24-07-2020, 13:22
A+
A-

Müğənni Əhməd Mustafayev son günlər düşmənlə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizlə bağlı layihəyə imza atıb.

Magazinews.Az xəbər verir ki, bu məqsədlə, sənətçi sözləri Zenfira Əlişqızıya, musiqisi isə özünə məxsus olan yeni mahnısını youtube kanalında yerləşdirib.

Vətənpərvərlik mövzusunda olan mahnı təqdim edildiyi youtube portalında üç gün ərzində 33 min baxış və izləyicilərin çoxsaylı müsbət rəylərini ala bilib.

Qeyd edək ki, mahnının miksinq və masterinqi Rübail Əzimova, aranjımanı Əhməd Mustafayevə məxsusdur.

Sözügedən mahnını təqdim edirik:


Tural Hüseyn