Karantin qaydalarını pozub ad günü edən müğənni cərimələndi

22-08-2020, 12:08
A+
A-

Xəbər verdiyimiz kimi müğənni Nüşabə Musayeva ölkədəki karantin qaydalarını pozaraq özünə dəbdəbəli ad günü keçirib.

BiG.AZ xəbər verir ki, onun ad günü məclisindəki görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Bununla bağlı Nüşabə Müsayeva ötən gün polisə cağrılıraq cərimələnib.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumat verib:

"Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər".