Rəqqasə Aytənin maşınına oğru girdi - Video

26-08-2020, 12:04
A+
A-

Bakıda rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum edilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə A.Əliyeva özü məlumat verib.

O qeyd edib ki, bağ evinin qarşısında park etdiyi avtomobilə gecə oğru tərəfindən hücum olub. Lakin avtomobilin təhlükəsizlik siqnalı işə düşdüyü üçün maşından heç nə oğurlaya bilməyiblər.