Onlar ölümlə təhdid olunur - Cinayət işi başlandı

28-08-2020, 12:40
A+
A-

Türkiyənin məşhur cütlüyü Kıvanç-Başak Dizer Tatlıtuğ sosial mediada təhdidlərə məruz qalıb. 

“Qafqazinfo” xəbər verir ki, iki tanınmış şəxs polis şöbəsinə müraciət edərək Sinan A. adlı instaqram istifadəçisindən yenidən şikayətçi olublar. 

Onlar bir ay əvvəl məhkəməyə gedərək qoruma qərarı aldıqlarını, buna baxmayaraq hələ də ölümlə təhdid olunduqlarını bildiriblər.

Kıvanç və Başak sözügedən şəxsin psixi problemlərinin olduğunu, müalicə almasının vacibliyini qeyd edib.

İkinci şikayətdən sonra Sinan A. barəsində cinayət işi başlanıb.