"Yaşar Cəlilov üçün özəl gün" - FOTOLAR - VİDEO

28-08-2018, 14:00
A+
A-

Ötən gün paytaxtın məşhur şadlıq saraylarının birində müğənni Yaşar Cəlilov özünə gəlinsiz toy edib. Gələn ayın 4-də gəlinin iştirakı ilə toy baş tutacaq.

Magazinews.az xəbər verir ki, mediaya açıq olan toya bir çox tanınmış simalar, sənət adamları qatılıb.

Gecənin səbəbkarı Yaşar Cəlilov media nümayəndələri ilə təəssüratlarını bölüşüb:

"Gəlinsiz toy etmək fikrim neçə il öncədən vardı. Mən ilk dəfə bu fikri söyləyəndə heç kim gəlinsiz toy etməmişdi. Əvvəl yalnız kişi məclisi edirdilər, sonra qız toyu olurdu. Mən təklif etmişdim ki, gəlinsiz olsun, amma xanımlar məclisdə olsun. Heç vaxt ailə üzvlərimi efirə çıxartmamışam. Bunu edənlərə də pis baxmıram. Gəlinlə birgə məclisdən olan götüntüləri heç kim paylaşmayacaq. Şou-biznes nümayəndələrindən kimləri çağıracamsa, hamısından rica etmişəm. Kim şəkil çəkib paylaşmaq istəsə, gəlib mənimlə çəkdirsin.
Xanımımla necə tanış olmağım barədə danışmaq istəmirəm. Bu mənim şəxsi həyatımdır. Şou-biznes xanımı deyil. Hər bir insan ailə həyatı qurmalıdır. Ata tərəfimdə hamı tez evlənib. Nəslimizdə sonuncu ailə quran mənəm. İnsan var ürəklə, insan var ağılla evlənir. Mən ağılla evlənən adamlardanam. Ürəklə uğursuz ailə həyatı quranlar çox ola bilər. Ağılla evlənənlər isə həmişə qalib gəlirlər.
Mənə ata olmaq nəsib olsa, yaxşı ata olmalıyam. Atam və anam mənə necə olubsa, çalıçacam onların verdiyi tərbiyəni öz övladıma göstərim. Necə bir ailə başçısı olacağıma gəldikdə isə atam necə olubsa, elə olacam. Qızın qapısını bir dəfə döymüşük. Tərbiyəli qız oğlanla münasibətdədirsə, bunu onun anası bilməlidir. Ailə üzvləri razılıq verirsə, dəfələrlə gəlib-getməyin nə mənası var?  Mən belə şeyləri sevmirəm. Mən demişdim ki, anam qapınıza bir dəfə gələcək.
Övladlarımın musiqiçi, rejissor, operator, ümumiyyətlə şou-biznesdə olmasını istəmirəm. İlk gündən xanıma demişəm ki, belə şeyləri eşitməyim. Özüm bu sahədə olduğuma görə müəyyən bildiklərim var. Ona görə istəmirəm bu sahəyə meyl etsin.
Toya dəvət olunmayan çox adam var, çünki hər salam verdiyimi toya çağırmamışam. Şəxsi münasibətim olduğu insanlar bu gün buradadır. Kimlər hörmət qoyub toyuna çağırıbsa, mən də çağırmışam. Bəzi həmkarlarım digər toyda olacaqlar. Bunların sırasında Faiq Ağayev, Namiq Qaraçuxurlu, Rövşən Əziz, Dj China, Niyam Səlami Teymur Əmrah olacaq. Röya ilə əlaqə saxlayıb toyuma dəvət edəcəm."

Qeyd edək ki, toyda aparıcılıq müğənninin prodüsseri Vüsalə Kərimova və Samir Bayramlıya həvalə edilmişdi.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov