Abbasın şəhid Xudayarla virtual dueti... - Video

14-12-2020, 11:37
A+
A-

Əməkdar artist Abbas Bağırov son zamanlar şəhid Xudayar Yusifzadənin ifasında gündəmə gələn “Vətən yaxşıdır” mahnısını repertuarına daxil edib.

“Qafqazinfo” xəbər verir ki, o, maraqlı addım ataraq bəstəni şəhidlə virtual duet şəklində təqdim edib.

Abbas instaqramda mahnıdan bir parça paylaşaraq “Oxu, qardaş, oxu! Allah bütün şəhidlərimizə rəhmət etsin”,- deyə qeyd edib.

Xatırladaq ki, “Vətən yaxşıdır”ın musiqisi Əlibaba Məmmədov, sözləri Əliağa Vahidə aiddir.