Aygün Kazımovadan “Vətən oğlu” - Video

24-12-2020, 12:35
A+
A-

Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib.

“Qafqazinfo” xəbər verir ki, müğənni sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

Klip Xalq artistinin rəsmi “Youtube” kanalında yerləşdirilib.