Namiq səhnə fəaliyyətini dayandırdığını açıqladı

1-02-2021, 13:29
A+
A-

“Məni efirlərə, müsahibələrə dəvət etmək istəyən insanlar, uzun müddətdir fəaliyyətimi dondurmuşam. Zənglər gəlir, hər kəsə fikrimi izah etmişəm. Həm hər gün müxtəlif verilişlərin prodüserləri, aparıcıları zəng vurur, həm də pərəstişkarlar narahatdır. Bəzən telefona cavab verməyə utanıram, ortada anlaşılmazlıq yaranır. Efirə çıxmamağımın səbəbi nə ulduzluq, nə də tənbəllikdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqram səhifəsində yaydığı açıqlamada bildirib.

O, KİV-ə video müraciət edərək bir müddət efirə çıxmayacağını, yaradıcılığını dondurduğunu bildirib:

“Ölkədə müharibə olub, şəhid ailələri qan ağlayır, qazilərimiz, şəhidlərimiz var. Düşünürəm ki, indi mənim də gündəmimdə məşhurluq və yaradıcılıq deyil. Sosial şəbəkələri izləyirəm, görürəm ki, nələr yazırlar. Bəzən özləri əyləncə paylaşır, amma müğənnini qınayırlar. Ümumilikdə, millət haqlıdır. Gündəm sənətçilər deyil. Efirdə görsənənlər məni doğru anlasınlar. Kaş məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var. Söhbət məndən gedirsə, televiziyada çalışanlarla aramda problem yaranır. Yaradıcılığımı dondurmuşam”.