Xatirə geyimlərini bu məqsədlə satır

8-02-2021, 14:07
A+
A-

Müğənni Xatirə İslam geyimlərini satışa çıxarıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi xeyriyyə məqsədi ilə belə bir addım atıb.

Belə ki, X. İslam bir neçə həftə əvvəl instaqramda yeni səhifə açaraq ziyafət libaslarının satışına başlayıb.

İfaçı “Qafqazinfo”ya açıqlamasında bu günədək 2 min manatadək qazanc əldə etdiyini açıqlayıb:

“Satışdan əldə olunan gəlirin son qəpiyinə kimi hamısı yardıma ehtiyacı olan insanlara veriləcək. Hər qiymətə- ucuz və bahalı paltarlar var. Hələ ki, 2 min manata yaxın satış olub. Bir-iki uşaq var, onların hesab kartları sosial şəbəkədə qarşıma çıxıb. Sürətini çıxarıb saxlamışıq. Əvvəlcə onlara yardım olunacaq. Daha sonra nə satış olsa, bizə yardım üçün yazanlara ayrılacaq”.