"Dilarə bu dəfə də fərqləndi" - FOTO - VİDEO

13-09-2018, 18:25
A+
A-
 Müğənni Dilarə Kazımova media nümayəndələrini ətrafına toplayıb yeni layihəsinin təqdimatını keçirib.

Magazinews.az xəbər verir ki, təqdimat sənətçinin şousu ilə başlayıb. O, klipdəki yaratdığı obrazı tədbir iştirakçılarına nümayiş etdirib.

Dilarə Kazımova ərsəyə gətirdiyi layihə barədə "Magazinews.az-a açıqlamasında bunları deyib:
"Bu tip işləri araşdırdım. Azərbaycanda belə layihə olmadığını gördüm. Mahnımız həm rəqs, həm də maşında qulaq asmaq üçün çox yaxşıdır. Nigar xanımla aranjmançı Givinin yanına getdik. Fikrimi ona izah etdim. Gözəl aranjman etdiyinə görə təşəkkür edirəm. Mahnımdan çox xoşum gəlir. Bütün günü dinləyirəm. Bir dəfə qulaq asdıqda yadda qalır."

Kazımova ona olan sevgi etirafları barədə suala da cavab verib:
"Sevgi etirafları var, ancaq karyeramla məşğulam. Hələki belə fikrim yoxdur. Evlilikdən qorxmuram. Mənə görə sevdiyin şəxs qarşına çıxanda heç nədən qorxmursan."

Müğənni plastik əməliyyat edənlər barədə özünəməxsus düşüncəsini dilə gətirib:
"Plastik əməliyyat etdirməmişəm. Səbəbi isə digərlərinə bənzəmək istəməməyimdir. Mən əməliyyat etdirsəm, bəlkə məni görəndə tanıya bilməyəcəksiz. Plastik əməliyyat keçirənlər bir-birinə oxşuyurlar. Belə hadisə başıma gəlib. Tədbirdə beş xanım əyləşmişdi. Biz seçə bilmirdik ki, kimdirlər. Hər bir insan fərqlənməlidir. Nə vaxtsa edə bilərəm. Hazırda belə fikrim yoxdur."

Qeyd edək ki,  “Azərbaycan” adlanan ekran işindəki mahnının sözləri Nigar Məmmədova, Leyla Kazımovaya, musiqisi Givi Usenashvilli və Dilarə Kazımovaya məxsusdur. İstifadə olunan geyimləri isə modelyer Səbinə Hüseynə məxsusdur. 
Müğənnini klipdə “Atəşgah Mix Show” və “Nero” rəqs qrupunun üzvləri müşayiət ediblər.

Magazinews.az təqdimatdan olan fotoları təqdim edir:

Tural Hüseyn 

Fotolar : Sabir Quliyev 



[media=https://youtu.be/wSO1f6QY53A]