Sabina Danilov: "Sən mənim aynamsan" - VIDEO

11-03-2021, 14:36
A+
A-

Gənc müğənni Sabina Danilov yeni mahnısını dinləyicilərinin öhdəsinə verib.

MAGAZINEWS.AZ-ın məlumatına görə, təqdim olunan "Sən mənim aynamsan" adlı mahnının sözləri və musiqisi sənətçinin özünə məxsusdur.

Mahnı romantik janrdadır.

Rəngarəng görüntülərlə seçilən ekran işi izləyənlərə düşündürücü mesajlar da ötürür. İzləyicilər youtube sosisal şəbəkəsində yerləşdirilən klipin şərh bölümünə çoxsaylı xoş rəylər yazıblar.

Bundan əlavə, Sabina Danilovun ifa etdiyi mahnıların söz və musiqilərinin müəllifi sənətçinin özüdür.

Qeyd edək ki, klipin rejissoru Emin Muradovdur.

Ekran işində tanınmış aktyor Samir Ələskərov rol alıb.

Sözügedən klipi təqdim edirik:


TURAL HUSEYN
MAGAZINEWS.AZ