Zamiq Röyadan sonra onu seçdi… - VIDEO

12-03-2021, 22:26
A+
A-

Müğənni Zamiq Hüseynov ilə “Sivva”nın uzun zamandır hazırladığı “Dedilər”i təqdim olunub.

Bu günə kimi xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiqin bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub.

Bəstənin söz və musiqisi Sevinc xanımın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub.

70-80-ci illərin ab-havası yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub.

Zamiqin obrazı “truba” ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb.

Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını Xalq Artisti Nübar Novruzova oynayıb.


MAGAZINEWS.AZ