“Bu sənətçiyə olan ən böyük təhqir və hörmətsizlikdir" - RƏHİM RƏHİMLİ OD PÜSKÜRDÜ

27-03-2021, 16:10
A+
A-

Səhnəmizin seçilən  ulduzlarından oaln Rəhim Rəhimli Kazım Sübhanın təqdimatında Arb Tv-də yayımlanan "Özəl" proqramında qonaq olub.

MAGAZINEWS.AZ xəbər verir ki, sənətçi bu günə qədər sirli qalan, hərənin  müxtəlif şəkildə fikirləşdiyi 20 il bundan əvvəl ölkəni tərketmə səbəbini ilk dəfə açıqlayıb:

"Hər kəs müxtəlif fikirlər səsləndirir bu barədə. İlk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, bir həftəlik düşünürdüm. Elə olmadı.. 5 il qaldım.. Və etiraf edim ki, hamı Türkiyə bilsə də, orada deyil, uzun müddət Moskvada oldum". 

Sənətçi bayağı mahnılardan da danışıb:

"Bayağı nə deməkdir ? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-əttlərindən əsər-əlamət qalmayıb". 

Rəhim Rəhimli efirlərdə hal-hazırda yayımlanan  proqramlardanda narazılıq edib:

"Baxıram efirlərə.. Məni dəvət edirlər.. Deməli, biri ailəsindən boşanıb.. Biri küsüb.. Birinin ailə problemi müzakirə olunur. Sənətçini də 1 saatda 1 dəfə ancaq oxumağa çağırırlar. Mənim nə işim var elə proqramda? Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir".


MAGAZINEWS.AZ