YAXŞI Kİ AİLƏM DAĞILDI - ELZA SEYIDCAHAN

19-05-2021, 12:14
A+
A-

Əməkdar artist, bəstəkar-müğənni MTV AZƏRBAYCANDA -da yayımlanan "Üzə-düz" verilişinin qonağı olub.

MAGAZİNEWS.AZ xəbər verir ki, bəstəkarın açıqlamaları diqqət çəkən olub:

"Həyatda o qədər haqsızlıq gördüm ki, məcburən məni Elzalığımdan çoxdan çıxartdılar. Həyat yoldaşım ata-ana evinə getməyə icazə vermirdi, həsrət qalmışdım. Elə yaxşı ki, ailəm dağıldı. Bağışlayanam amma küsüb getdimsə, heç vaxt geri qayıtmıram.

Gəlinlik qadının özünə, yarına məxsusdur. Gəlinlik qadının bəkarətidir. Qadın öz gəlinliyini geyinməlidir, kirayə götürməməlidir!!! Mən özüm bugünə kimi gəlinliyimi sandıqda saxlamışam".

Elza Seyidcahan həyatından çıxartdığı insanlara da mesaj göndərməyi unutmayıb:

"İnsanlar var ki, ayağım qoyulan yerə başlarını qoyurlar. Özümə şou sənətkarı deyirəm. Həm sənətkar, həm də sənət xadiməsiyəm. 

Bəziləri var ki, onları süpürgə kimi silib atıram. Heç vaxt xəyanət görmədim. Amma mənə qarşı çox qısqanclıqlar oldu. Qadın kişinin yanında zərif, incə olmalıdır. Kişilər güclü qadınları görür amma boyunlarına almır!!!"