"7 ildə karyerama yarım milyon pul xərcləmişəm" - Murad Arif

2-06-2021, 11:00
A+
A-


Bəstəkar-müğənni Murad Arif 7 ildə karyerasına xərclədiyi məbləğdən danışıb.

MAGAZINEWS.AZ xəbər verir ki, Mtv Azərbaycanda Lamiyə Balacayevanın təqdimatında yayımlanan "Üzə-düz" verilişində qonaq olan sənətçi maraqlı açıqlamalar verib.

“2014-cü ildə mənim “həyat yoldaşımsan” adlı solo mahnım və klipim çıxdı və 7 ilə yarım milyona yaxın pul xərcləmişəm. Ona görə yarım milyondur, çox deyil? Çünki söz və musiqisini özüm yazıram”. 

O, “Şou-biznes” anlayışdan diksinən həmkarları barədə bunları söyləyib: 

“Bəlkə də, “tiktok”, “instaqram” dönəmində çıxıb, meymunluq eləyib tutmaq olur.  Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. Ifaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün, “tiktok” və “instaqram”da meymunluq eləmək azdır. Bizdə bəziləri deyir e, mənə şou-biznes deməyin! Şou və biznes sözünə niyə belə diksinirsiz? Bizim təltifetmə geclərimizi “Oskar” müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərimi? Yox! Heç kimi qınamıram a, industriya, avadanlıq, ortaya qoyulan pullar belədir”. 

İnsanların daha az dözmək istədiyini vurğulayan Murad Arif bugünkü boşanmalardan danışıb: 

“Çünki insanlar daha az dözmək istəyir. Insanlar daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə ayağını qır otur döz, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz. Döz-döz  deyə-deyə psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs bunun nəyin yaxşıdır? Iki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdü, boşanma tərəfdarı deyiləm, övladlar da var ”. 

Ailəsinin önəmini vurğulayan müğənni, evliliyin bir dəfə olamalı olduğunu qeyd edib:

“Mənimçün dost, karyera faktoru, yer kürəsində ailədən sonra gəlir bütün faktorlar. Ailə mənim vətənimdir. Mən ailəmin içində hüzur tapıram. Mən ailəmin içində özüməm. Rahatam, sərbəstəm, azadam. Mən ölərəm ailəsiz! Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı? Böyüklərinin böyüklüyüdür ki, ünsiyyət zamanı anladılar ki, qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə öz ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən qədərə, qismətə inanmaram! Düzdü, belə bir ifadə var, heç vaxt heç vaxt demə. Amma evlilik yalnız 1 dəfə! Bu mənimçün birdəfəlik həll olunmuş mövzudur!”
 
Vəfat etmiş atası barəsində danışan sənətçi son xatirələrini bölüşüb: 

“Atamla ən son ünsiyyətimiz xəstəxanada oldu. Mən bunu xatırlamağı sevmirəm. Hesab edirəm ki, bu hər bir insanın həyatında baş verən məqamdır. Ən son dialoqumuz da xəstəxanada, karidorlarda baş verdi. Bir həkimdən o biri həkimə... Artıq çox pis idi vəziyyəti. İstənilən yaşda valideyn itkisi incidir insanı. Sən heç vaxt buna hazır ola bilmərsən! Təsəllli insanın özünü aldatmasıdır. Can gedirsə, o özü ilə bir dünya aparır. Ağlayırıq, amma göz yaşlarımız bizim eqaizmimizdir. Sən getdin, mən sənsiz qaldım!!! Məni qoyub hara getdin?"

Müğənni və ifaçı kimi özüm haqqında yüksək fikrdə deyiləm:

"Oxuya bildiyim qədər yazıram, yaza bildiyim qədər oxuyuram. Özümü müğənni və ifaçı kimi özüm haqqında yüksək fikirdə deyiləm. Oxuya bildiyim qədər yazıram, yaza bildiyim qədər oxuyuram. Amma prodüser kimi yaxşı təcrübə toplamışam”.