BAKIDA YAY KONSERTLƏRİNİN AÇILIŞINI MUSTAFA CECELİ ETDI - VIDEO

7-06-2021, 13:52
A+
A-

5 iyun tarixində yay konsertləri mövsümünün açılışı baş tutub.

MAGAZINEWS.AZ xəbər verir ki, paytaxtımızın ilk ulduz qonağı Türkiyənin ən məşhur müğənnilərindən Mustafa Ceceli olub.

"İstanbul Meyhane Bilgah" restoranının möhtəşəm açılışı zamanı səhnəyə çıxan Ceceli, ilk olaraq qonaqları salamlayıb. Canlı ifaları ilə sevənlərinin zövqünü oxşayan sənətçi səhnədə böyük coşqu yaradıb. 

Gecədə Cecelinin repertuarından mahnı ifa etdiyi müğənni Şöhrət Məmmədov və bir çox məşhur aparıcılar qonaq qismində iştirak ediblər.

Bundan əlavə, Nuri Sərinləndirici & Jane və bir çox yerli sənətçilər səhnə alıblar. Müxtəlif rəqs qruplarının şouları da yadda qalan məqamlardan olub.

Bildirək ki, şəhərimizə gələn ulduz qonaqların gəlişi davamlı olacaq. Mövsüm boyu Türkiyənin ən məşhur ulduzları Alişan, Cem Belevi, Buray, Simge, Rafet El Roman və İrem Derici sözügedən istirahət mərkəzində sevənlərinin qarşısına çıxacaq.

Konsertin informasiya dəstəkçilərindən biri MAGAZINEWS.AZ saytıdır.