"Bakıda bir ulduz parlayacaq"

18-09-2018, 14:51
A+
A-

Türkiyədə həyata keçirdiyi konsertlərdə möhtəşəmliyi ilə seçilən Yıldız Tilbenin bu dəfəki səyahəti Bakıyadır.

Magazinews.az xəbər verir ki, "Çizgim Event-Noya  Yapım" tərəfindən Bakıdakı Baş ofisin Oxenbaku səlahiyyətlisi Türkay Kıztaşın məlumatına görə, Azərbaycanın paytaxtı Bakıda 13 Oktyabr şənbə günü təşkil olunacaq konsertə böyük maraq var.
3400 nəfərlik tutuma malik "Bakı Konqres Mərkəzi"-də konsert keçirəcək. Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır.
Konsertə Azərbaycan ilə yanaşı Gürcüstan və İrandakı pərəstişkarları tərəfindən əvvəlcədən biletlərin alındığı qeyd olunur. Yıldız Tilbenin Azərbaycana ilk dəfə gələcəyi üçün həyacanlı olduğunu qeyd edən təşkilatçılar Bakıda oktyabr gecəsində bir ulduzun parlayacağını bildiriblər.

Qeyd edək ki, Konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl Türkiyə firmalarının rəhbərləri, "Türkiyə Baş konsulluğu", "Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyi"-nin də şərəf qonağı olaraq dəvət edildikləri bildirilib.