Rəhim Rəhimli ilə Afaq Aslan eyni layihədə - VIDEO

18-07-2021, 16:28
A+
A-

Bəstəkar-müğənni Rəhim Rəhimli yeni layihəsini təqdim edib.Sözləri Mintac Elsevərə, musiqisi SuperUlduzun özünə aid olan "Öp Məni" mahnısına Afaq Aslanın ifasında, elə özü rejissorluq edərək, klip çəkib və layihəni tamaşaçıların ixtiyarına verib.

MAGAZINEWS.AZ xəbər verir ki, yeni layihəsində Azərbaycandan xaricə köçüb, yenicə ailə həyatı quran Afaq Aslanı yeni tərz və obrazda göstərən Rəhim Rəhimli yenə peşəkarlığını göstərib.

Klip hal-hazırda  məşhur  "Dark'n
Dark Music", avqust ayında isə "Netd Müzik" youtube səhifəsinə yüklənəcək.

Qeyd edək ki, ekran işi həm Azərbaycanda, həm də Dubayda  lentə alınıb.Klipin prodüser və piar menecerliyini isə Həmzə Məmmədli edib.