Almaniya Ukraynaya bərpa işləri üçün 37 milyon avro ayırır

22-04-2022, 12:20
A+
A-

 

Almaniya ölkədəki hərbi əməliyyatların nəticələrini aradan qaldırmaq üçün Ukraynaya əlavə olaraq 37 milyon avro (təxminən 68 milyon manat) ayıracaq.


Bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyindən bildirilib.


Məlumata görə, agentlik fövqəladə vəziyyət proqramı çərçivəsində bunun üçün vəsaiti yenidən bölüşdürüb. Nəzərdə tutulan məbləğdən təxminən 22,5 milyon avro (41,5 milyon manat) Ukraynanın elektrik şəbəkəsinin yenidən qurulmasına, 14,4 milyon avro (26,5 milyon manat) isə yaşayış binalarının və tibbi avadanlıqların bərpasına ayrılacaq.


Mənbə: TASS