"Qadın Gücdür"-adlı layihənin ilk marafonunun mükafatlandırma mərasimi keçirilib"

1-10-2018, 13:01
A+
A-

2016-cı ildən İnstagram sosial şəbəkəsində "FitnessbyGulya" səhifəsi ilə qadınların sağlamlığı, gözəlliyi və inkişafı sahəsində motivasiya, eləcə də maarifləndirici xarakterdə işlər görməyə başlayan Talegül Əliyeva Hollandiyanın Wageningen Universitetinin "Macronutrients & Nutrition", Stanford Universitetinin "Fundamentals of Healthy Eating" kurslarını uğurla bitirmişdir. Hal-hazırda American Council on Exercise tərəfindən fitness sertifikasıyası ilə bağlı kurs almaqdadır. 

Magazinews.az xəbər verir ki, Gulya xanım sentyabrın 17-dən ilk fitness marafonuna start vermişdir. Layihə ümumilikdə 80 nəfərə yaxın xanımı əhatə edir.
"Qadın Gücdür"-adlı layihənin ilk marafonunun bu gün mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Gulya xanım marafonla bağlı fikirlərini, yeniliklərini bölüşərək, qeyd etdi ki, layihə çərçivəsində bır sıra marafonlar, sağlam arıqlamaq tədbirləri keçiriləcək. 
Tədbirdə iştirak edən xanımlara sertifikatlar verilib və xatirə şəkilləri çəkdirilib.
Gulya xanım iki ay ərzində layihənin adı ilə eyni olan "Qadın Gücdür" kitabının təqdimatını da keçirməyi planlaşdırır. 
21 günlük fitness transformasiya proqramlarını əldə edin, siz də sağlam yollarla artıq çəkilərdən azad olun.

Qeyd edək ki, Tədbirin informasiya dəstəyi Frame.az və "Elevation Partners Club" Azerbaijan-dır.

(Fitmomazerbaijan-Woman is power)