British Council Azərbaycanda yeni direktor təyin edir

1-06-2022, 10:30
A+
A-



British Council Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib.

MagaziNews.Az xəbər verirki, o, komandaya faktiki olaraq 16 may 2022-ci il tarixindən rəhbərlik edir və biz incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və Azərbaycan xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaratmaq missiyasına davam edir.

Nərgiz Hacıyeva British Council komandasına 2014-cü ildə qoşulub və təşkilatda işlədiyi doqquz il ərzində Azərbaycan və Britaniyanın ən vacib və nüfuzlu təşkilatları arasında qarşılıqlı faydalı tərəfdaşlıqların qurulması üzərində çalışıb. Nəticədə minlərlə tənzimləyici qurum, gənc tələbə, müəllim,ümidverən sahibkar və başqa tərəflər onlayn və üzbəüz təlim imkanlarından və mədəniyyət mübadiləsindən faydalanıb. Nərgiz xanım təhsil proqramlarının idarəedilməsi sahəsində 15 ildən çox təcrübəyə malikdir. O, beş fərqli beynəlxalq təşkilatda müxtəlif rəhbər vəzifələrdə çalışıb, komandaları idarə edib və Azərbaycanda təhsil islahatı proqramlarını dəstəkləyib.

Nərgiz xanım Azərbaycanda ölkə üzrə direktor vəzifəsini üzərinə götürməkdən və British Council-ın Britaniya Səfirliyi ilə birlikdə hökumətin prioritetdə olan islahat proqramlarının dəstəklənməsi sahəsində 29 illik işini davam etdirməkdən çox məmnundur. O, British Council-ın Azərbaycandakı komandamızı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur.

O, yeni vəzifəsi haqqında bildirir:

"Təhsil sahəsində işləmək mənim üçün çox maraqlıdır və son 15 il ərzində beynəlxalq miqyasda təhsil proqramları və komandalarının hazırlanması, nəzarətdə saxlanması və komandalara rəhbərlik üzrə böyük təcrübə yığmışam. Bu il Birləşmiş Krallıq və Azərbaycan diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edir və mən British Council komandasına rəhbərlik etdiyimə və bununla Birləşmiş Krallıq və Azərbaycanda olan əsas tərəflərin münasibətlərini möhkəmləndirilməsi və dərinləşdirilməsinə töhfə verdiyimə görə ürəkdən şadam".

Könül Əhmədova│Layihə üzrə Koordinator | British Council Azərbaycan
konul.ahmadova@britishcouncil.org | T +994 (0) 124971593


British Council haqqında məlumat:

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaradırıq. Biz 2019-2020-ci illərdə 75 milyondan çox insana üz-üzə və ümumilikdə 758 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 14.5% əsas maliyyələşdirmə qrantı alırıq.
www.britishcouncil.az