British Council "Big Idea Challenge" müsabiqəsinin qaliblərini elan edir

23-07-2022, 13:30
A+
A-


British Council Creative Spark proqramının 2022-ci ildə keçirilən "Big Idea Challenge" müsabiqəsinin qaliblərini elan edir.

MagaziNews.Az xəbər verir ki, 22 iyul 2022-ci il – British Council 2022-ci ildə Creative Spark proqramının "Big Idea Challenge" müsabiqəsini keçirmək üçün Birləşmiş Krallığın London Metropoliten Universiteti ilə tərəfdaşlıq etmişdir.

Creative Spark proqramının "Big Idea Challenge" müsabiqəsi British Council-ın sahibkarlığın əsas prinsiplərini və ideyanın konsepsiyadan reallığa qədər inkişaf etdirilməsi yollarını öyrətmək üçün nəzərdə tutulmuş 60 saniyəlik video müsabiqəsidir. Müsabiqə minlərlə 18-35 yaşlı gəncə biznes ideyalarını və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı verir. Platforma eyni zamanda gənc sahibkarların profillərini inkişaf etdirməsi və karyera perspektivlərində irəli getməsinə kömək edir.

Təhsil və yaradıcı sahibkarlıq sahəsində təcrübəyə malik milli və beynəlxalq münsiflərdən ibarət olan heyət doqquz finalçını seçir. Keçən il İnsanların Seçimi Mükafatının Qaliblərinə 80 mindən çox insanın səs verməsi komandalara beynəlxalq məşhurluq qazandırmışdı.

Müsabiqə kateqoriyası: Sosial təsir
Sosial inklüzivlik və gender bərabərliyi problemlərinin həllinə yönəlmiş və ya bütün dünyada kifayət qədər təmsil edilməyən icmalara istiqamətlənmiş ideyalar.

Müsabiqə kateqoriyası: Yaradıcı düşüncə
Yeni məhsul, sərgi və ya mədəni mühitin canlandırılmasına töhfə verəcək istənilən metodla bağlı ideyalar.  

Müsabiqə kateqoriyası: Rəqəmsal Texnologiya
Texnologiyaların innovativ istifadəsinə əsaslanan, yeni proqram və ya aparat təminatının hazırlanması və tətbiq edilməsini əhatə edən ideyalar.

Müsabiqəyə Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və Ukraynadan müraciət etmək mümkündür. Biz son dörd il ərzində 1706 yeni biznes ideyası almış, 132 ali təhsil və yaradıcılıq müəssisəsini dəstəkləmiş və müsabiqələrimizdə iştirak edən komandalara 200 000-dən çox insanın səs verməsinə nail olmuşuq.

Azərbaycanda hər bir yarış kateqoriyasının qalibi payızdan başlayaraq fərdi biznes dəstəyi alacaq.  Ölkə üzrə qalib (və ya ölkə üzrə qalib komanda) fərdi biznes dəstəyi və əlavə olaraq biznes ideyasını reallaşdırmaq üçün 1000 funt-sterlinq maliyyə dəstəyi alacaq.

British Council-ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bu mövzuda fikirlərini bildirib:

"Biz Azərbaycandan və Birləşmiş Krallıqdan olan təşkilatlarla əməkdaşlıq etmək, Creative Spark proqramının tərkib hissəsi kimi Azərbaycandan olan tələbələr və onların yeni biznes ideyalarını dəstəkləmək və gənclərin inanılmaz yaradıcı istedadlarını açmaqdan qürur duyuruq".

Creative Spark haqqında:

British Council Creative Spark proqramının icrasına 2018-ci ildən başlayıb və bu günə kimi minlərlə tələbə, məzun və gənc sahibkarın innovativ biznes ideyalarla yeni üfüqlərə doğru addımlamasını dəstəkləyib. Proqramın daha bir əsas məqsədi böyük potensiala malik olan və gənclərin işsizliyinin əsas problemlərdən biri olduğu ölkələrdə yaradıcı iqtisadiyyatı inkişaf etdirə biləcək yeni əməkdaşlıq imkanlarını dəstəkləməkdir. British Council bu məqsədlə ali təhsil müəssisələri və yaradıcı təşkilatların Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Birləşmiş Krallıqda tərəfdaşlıqlarını inkişaf etdirməsi üçün maliyyələşmə təmin edir.

British Council haqqında:

"British Council" Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaradırıq. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq. www.britishcouncil.org